Təci̇li̇ təmi̇r xi̇dməti̇

«Dost usta» şirkəti sizə evinizdə və obyektlərinizdə yaranan müxtəlif növ nasazlıqların aradan qaldırılması üçün öz peşəkar ustaları ilə təcili təmir xidmətini təklif edir. Təmir işləri müasir texnoloji standartlara uyğun aparılır və şirkət tərəfindən zəmanət verilir.
XİDMƏTLƏRƏ DAXİLDİR:
XİDMƏTLƏRƏ DAXİLDİR:
- Sanitar-texniki qovşaqların və kommunikasiya xətlərinin təmiri (santexnik)
- Elektrik şəbəkəsi və cihazlarının təmiri (elektrik montyoru)
- Kafel-metlax, alçı, divar boyası və s. işlər (inşaat ustası)
VACİB! Evinizin təmirinin zay olmasını və səriştəsiz ustaların sizə əlavə xərc yaratmasını istəmirsiniz?

Əmək bazarında təmir xidmətləri təklif edən ustalar xırda və cari işləri icra etməyə çox nadir hallarda və yüksək məvacib qarşılığında razılaşırlar, çünkü əsaslı (sıfırdan) təmir etmək onlara həm rahat, həm də daha sərfəli olur. Cari təmirə razılaşanlar isə adətən ya çox baha xidmət göstərən səriştəli ya da ki tam əksinə, iş tapmaqda çətinlik çəkən, pul xətrinə istənilən qiymətə və istənilən işə razılıq verən, bu işlərdə səriştəsi olmayan şəxslər olur. Bu cür səriştəsiz şəxslərin xidmətlərindən istifadə etməklə siz vaxtınızı, pulunuzu və əsəblərinizi boş yerə xərcləmiş olursunuz. Çünki, onlardan sonra mütləq təkrar təmir etməli olacaqsınız və yenə də eyni proseslərdən keçməli olacaqsınız.
Bu səbəbdən, «Dost usta» şirkətinin təqdim etdiyi, qısa müddətdə icra olunan təcili təmir xidmətindən istifadə etməklə siz vaxtınızı, pulunuzu və əsəblərinizi qoruyaraq keyfiyyətli və zəmanətli təmir xidmətini əldə edə bilərsiniz.
Şirkətimizdə işinin peşəkarı olan, böyük iş təcrübəsinə sahib ustalar fəaliyyət göstərir. Görülən bütün təmir işlərinə zəmanət verilir və usta səhvi səbəbindən təkrar baş vermiş hər-hansı bir nasazlıq olarsa onun aradan qaldırılmasına heç bir ödəniş alınmır.
Sizin məmnuniyyətiniz bizim uğurumuzdur!
Şirkətimizdə işinin peşəkarı olan, böyük iş təcrübəsinə sahib ustalar fəaliyyət göstərir. Görülən bütün təmir işlərinə zəmanət verilir və usta səhvi səbəbindən təkrar baş vermiş hər-hansı bir nasazlıq olarsa onun aradan qaldırılmasına heç bir ödəniş alınmır.
Sizin məmnuniyyətiniz bizim uğurumuzdur!
