Usta xidmeti. Bakida usta. Təmir xidmeti.Su sızma təyini.Kanalizasiya təmizlənməsi

Usta xidmeti. Bakida usta. Təmir xidmeti.Su sızma təyini.Kanalizasiya təmizlənməsi

WhatsApp

Müraciət et

Kanali̇zasi̇ya xətləri̇ni̇n təmi̇zlənməsi̇ xi̇dməti̇

Məişətdə kanalizasiya xətlərinin tez-tez tutulmasının bir neçə səbəbi ola bilər, bunlardan əsas səbəblər aşağıdakılardır:

  1. İstismar qaydalarının pozulması ilə müxtəlif ölçülərdə və materiallarda əşyaların (şəxsi gigiyena vasitələri, tualet kağızları və s.) kanalizasiya xətlərinə atılması;
  2. Mətbəxdə yerləşən kanalizasiya xətlərində əsasən yağlı qablar yuyulduğuna görə ora axıdılan yağların müddət keçdikcə qatman yaratması;
  3. Hamamda trapda süzgəc olmadıqda insan tüklərinin (saç və ya bədən tükləri) kanalizasiya xətlərində toplanması;

Kanalizasiya xətlərinin tutulması evinizdə həm gigiyenik problemlərə yol açır, həm də üfunət qoxusunun yayılmasına səbəb olur.


Kanalizasiya xəttinin uzun müddət tutulu qalması xətlərin birləşmələrində olan kipkəclərin sıradan çıxmasına, bu səbəbdən kirli suyun evinizin divarlarına və qonşulara sızmasına və nəticədə külli miqdarda maddi ziyana səbəb ola bilər.

«Dost usta» şirkəti sizə xüsusi texniki vasitələrlə, təmirinizə heç bir zərər vurmadan, kanalizasiya xətlərində olan mürəkkəb tutulmaların aradan qaldırılması xidmətini təklif edir. Peşəkar usta heyətimiz müasir avadanlıqlarda ən çətin kanalizasiya tutulmalarını müayinə edir və təmizlənməsini təşkil edir.