Su sızmasının mənbəyi̇ni̇n təyi̇n edi̇lməsi̇
«Dost usta» şirkəti sizə xüsusi texniki vasitələrlə qeyri-destruktiv metodlarla (təmirə zərər vurmadan) evinizdə və obyektlərinizdə su, istilik, kanalizasiya, drenaj xətləri, eləcə də məişət avadanlıqlarından su sızmasının yerinin təyin edilməsi xidmətini təqdim edir.
Bu xidmətə aşağıdakılar daxildir:
- Termal görüntü kamerasıyla nəmliyin miqyasının müəyyən edilməsi;
- Təzyiq avadanlıqları vasitəsilə kommunikasiya xətlərinin kipliyə yoxlanılması;
- Akustik dinləmə cihazı ilə sızmanın yüksək dəqiqliklə yerinin təyin edilməsi;
- Endoskop kameralar vasitəsilə ən əlçatmaz yerlərdə olan problemin müəyyən edilməsi;
- Zəmanət müddəti ərzində sızma ilə bağlı istənilən problemin ödənişsiz müayinə edilməsi.

SU SIZMASININ TƏYİNİ XİDMƏTİNDƏN İSTİFADƏ EDƏN ŞƏXSLƏRƏ AŞAĞIDAKI XİDMƏTLƏRƏ ENDİRİMLİ QİYMƏTLƏR TƏTBİQ EDİLİR
- Sanitar-texniki avadanlıqların təmiri (su, istilik, kanalizasiya, drenaj xətləri və santexnika avadanlıqlarının təmiri);
- Kanalizasiya xətlərində olan mürəkkəb tutulmaların təmizlənməsi;
- Sanitar qovşaqların (hamam, tualet) təmiri - kafel, metlax ustası;
- Kommunikasiya xətlərinin ümumi inspeksiyası (xətlərin sazlığının yoxlanılması).

VACİB MƏSLƏHƏT! BU XİDMƏTDƏN PROFİLAKTİK QAYDADA İSTİFADƏ ETMƏKLƏ BÖYÜK XƏRCLƏRDƏN CANINIZI QURTARA BİLƏRSİNİZ.
- Su sızması gizli olduqda (bina şaxtasında, həyətdə torpaq altında, hasar dibində və s.) uzun müddət onun aşkarlanması qeyri mümkündür və aylıq izafi su xərclərinin yaranmasına səbəb olur.
- Qeyd olunan yerlərdə uzun müddət su sızmasının olması əmlakın ümumi konstruksiyasına ciddi zərər vurur, nəticədə həndəsi simmetriyasını pozmaqla çökməsinə, dəmir-beton konstruksiyasının çürüməsinə və yekunda tikilinin dağılmasına səbəb olur.
- Sizin mülkiyyətinizdə olan mənzil və ya obyektdən sızan su başqa birinin mülkiyyətinə zərər vurarsa, siz inzibati qaydada cərimələnə və dəymiş zərəri tam qarşılamaqla təzminat ödəməli ola bilərsiniz.