Kommuni̇kasi̇ya xətləri̇ni̇n İnspeksi̇yasi
Daşınmaz əmlak almaq və yaxud satmağı düşünürsünüz və bu zaman maddi ziyana düşmək istəmirsinizsə, o zaman bu xidmətdən istifadə sizin üçün çox faydalı olacaq.
«Dost usta» şirkəti sizə xüsusi texniki vasitələrlə qeyri-destruktiv metodlarla (təmirə heç bir zərər vurmadan) evinizdə və obyektlərinizdə elektrik, su, istilik, kanalizasiya və drenaj xətlərinin sazlığının yoxlanılması xidmətini təqdim edir.
KOMMUNİKASİYA XƏTLƏRİNİN İNSPEKSİYASI XİDMƏTİNİN FAYDALARI
- Daşınmaz əmlakı satmaq istədikdə bu xidmətdən istifadə edərək, müştəriyə kommunikasiya xətlərinin tam inspeksiya olunmasına dair arayışı (və ya xətlərin sazlığına dair sertifikatı) təqdim etməklə əmlakın həm tez, həm də dəyərində satılmasını təmin edə bilərsiniz.
- Daşınmaz əmlak almaq istədikdə bu xidmətdən istifadə etməklə, alacağınız əmlakın mövcud kommunikasiya xətlərinin vəziyyəti barədə tam ətraflı məlumat əldə edirsiniz və gələcəkdə yarana biləcək maddi ziyandan özünüzü qoruya bilərsiniz.
- Mövcud əmlakınızda bu xidmətdən istifadə etməklə kommunikasiya xətlərin vəziyyəti barədə məlumat əldə edirsiniz və yarana biləcək problemlərin qarşısını vaxtında almaqla mülkünüzə zərər gəlməsini, eləcə də dəyəcək maddi ziyanı önləyə bilərsiniz.
KOMMUNİKASİYA XƏTLƏRİNİN İNSPEKSİYASI VƏ ZƏMANƏTİN VERİLMƏSİ
- Xüsusi texniki avadanlıqlarla daşınmaz əmlakınızda olan bütün kommunikasiya xətləri yoxlanılır. (yoxlanıldıqdan sonra xətlərin cari vəziyyəti barədə arayış təqdim olunur)
- Yoxlama zamanı problem aşkarlanarsa və bu problem “Dost usta” şirkəti tərəfindən aradan qaldırılarsa bu zaman kommunikasiya xətlərinin sazlığı barədə sertifikat təqdim olunur və müəyyən dövr ərzinə zəmanət verilir.
- Zəmanət dövrü ərzində yoxlanılmış kommunikasiya xətlərində problem yaranarsa xidmət haqqı (usta xərcləri) alınmadan “Dost usta” şirkəti tərəfindən təmir edilməsi təmin edilir.


